Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


28.04.2017  17:32 

“Baytarlıq İdarəsi “haqq”ını ala bilməyib..” - “Elba999”dan İTTİHAM





A+  A-

"Elba999" MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin şirkətə məxsus heyvan kəsimi və emalı fabrikində aşkar olunmuş mənşəyi məlum olmayan sümüksüz heyvan ətləri ilə bağlı verdiyi açıqlama ilə razılaşmır.
“Elba999" MMC 2016-cı ildən fəaliyyətini dayandırıb”

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbuhi Cahangirov "Elba999" MMC-nin 2016-cı ildən fəaliyyətini dayandırdığını bildirir:
“Rayon Baytarlıq İdarəsi bizim Daşkəsəndəki kəsim kompleksində əməliyyat aparıb, aşkarlanan ətlə bağlı "Elba999" MMC-nin adını veriblər.

Reallıqda isə "Elba999" MMC 2016-cı ilin avqustundan fəaliyyətini dayandırıb. Ərazi “Meat” şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilib. Onların fəaliyyəti tam qanunidir, heyvan kəsirlər, qablaşdırılar və s. Baytarlıq İdarəsi axşam saatlarında qapıları açmaq tələbi ilə əraziyə gəlib. Onlar qanunu pozaraq mal sahibləri əraziyə gəlmədən bütün kisələri cırıb, ətləri yerə töküblər.

Oradakı ətlərdən nümunələr götürüblər. Bundan sonra Baytarlıq İdarəsi heç bir nəticə olmadan qara piarla məşğul olmağa, "Elba999" MMC-nin adını hallandırmağa başlayıb. Faktiki olaraq bizim şirkətin həmin ətlərə heç bir aidiyyatı yoxdur. Qaldı ki, icarədarlara, onların sənədləri yerindədir, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən uyğunluq sertifikatı alıblar. Onlar qanuni fəaliyyət göstərirlər. Lap qanunu pozublarsa belə, onların adı hallanmalı idi, "Elba999" MMC-nin yox”.

“Baytarlıq İdarəsi “haqq”ını ala bilməyib..”

S.Cahangirov Daşkəsən Baytarlıq İdarəsini qərəzli mövqedən çıxış etdiyini iddiasındadır:

“Oraya 4-5 heyvan gətirilib, heç bir kiloqram da at əti olmayıb. Ətlər satılmayıb. İdarə nümunə götürüb, yoxladıqdan sonra sertifikat verməli idi. Görünür nəsə haqq istəyiblər, onu ala bilməyəndə bu cür qərəz nümayiş etdiriblər. Çünki yeri icarəyə verdiyimiz hüquqi və fiziki şəxslər ətlərin onlara məxsus olduğunu təsdiqlədilər, sənədləri təqdim etdilər.
Baytarlıq İdarəsi vaxtında yoxlama aparmayıbsa, günahı özündə axtarsın. Bu nə bizim, nə də icarədarların günahıdır. Zəhmət çəkib vaxtında yoxlama aparardılar. Guya ərazidən çəkildiyi iddia edilən fotolar yayımlayıblar. Mən istənilən şəxsi əraziyə baxış keçirmək üçün açıq qapı elan edirəm. Orada hər şey tam səliqəsində, qaydasındadır.

Yayılan fotolar qeyri-müəyyən yerdə çəkilib, əraziyə heç bir aidiyyatı yoxdur. Baytarlıq İdarəsi o şəkilləri harada çəkib, onu bilmirəm. İcarədar orda nə iş görürsə, buna "Elba999" MMC cavabdeh deyil. Baytarlıq İdarəsinin ərazidə laboratoriyaları var, vaxtında işlərinin öhdəsindən gələrdilər. İndi nə qərəz güdürlər?”

Bəzi KİV-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalara “Elba999” MMC-nin dəstəyi ilə mənşəyi məlum olmayan ət göndərildiyi bildirilir.

Məlumata görə, "Elba" şirkətinin kəsim sexində 6 ton murdar ət aşkarlanıb.

(modern.az)

Xəbər 1380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +