Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


01.09.2018  17:39 

Azərbaycanla Rusiya arasında sənədlər imzalanıb





A+  A-

Sentyabrın 1-də Soçidə geniş tərkibdə görüş və işçi nahar başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
XəzərNews.az xəbər verir ki, “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.

Sonra “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt”, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” imzalanıb.

Xəbər 1149 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +