İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.01.2023  15:13 

ABŞ Qarabağ məsələsinə əl qoyur? - ŞƏRH





A+  A-

Vaşinqton ilin ilk günündən başlayaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ələ alır.

2023-cü ilin ilk iş günündən Vaşinqton Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını ələ almış oldu. Bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir. ABŞ Dövlət katibi E.Blinken Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN Ararat Mirzoyanla telefon danışacaq.

E.Blinken hər iki tərəflə aparacağı telefon danışığında sülh müqaviləsinin bağlanması istiqamətində əldə olunan razılaşmaların icrası və Laçın dəhlizi ilə bağlı məsələlər, həmçinin Yerevanın Vaşinqton gündəliyinə qayıtması müzakirə ediləcək.

Qeyd edim ki, ABŞ Dövlət katibi xarici işlər nazirlərinin növbəti görüşünü təşkil edəcəyi gözlənilir. Vaşinqton bu görüşü təşkil etməklə Yerevanın manipulyasiya siyasətinin qarşısını almaqla konkret predmet üzrə müsbət nəticəyə yönələn mövqe ortaya qoymağı planlayır. Əgər, xarici işlər nazirləri görüşəcəksə, mart ayına kimi prezident İlham Əliyev və Nikol Paşinyanın görüşünü təşkil edilə bilər. Belə bir görüşün keçirilməsində ABŞ israrlıdır və Moskvanın vasitəçiliyini kənarlaşdirmaq üçün bu il maksimum diplomatik hərəkətliliyi artıracaq.

Moskvadan fərqli olaraq Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsinə çalışır və Azərbaycanın tədqim etdiyi sülh təkliflərini sülhün əsas komponenti olaraq qəbul edir. Ağ Ev liderlərin görüşünü Avropada deyil, Vaşinqton yaxud Tiflisdə təşkil edə bilər. Azərbaycan ABŞ -ın vasitəçiliyinə etimad edir. Amma, rəsmi Yerevanın mövqeyində kardinal dəyişikliklər etmək üçün Vaşinqtonun siyasi təzyiqinə ehtiyac var.

Dəyişən geosiyasi reallıqlar fonunda N.Paşinyan Vaşinqton gündəliyindən kənarlaşarsa, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qala bilər. Vaşinqton gündəliyində dəhliz məsələsinə gəldikdə, ABŞ həm Laçın, həm də Zəngəzur dəhlizində hər iki tərəfin suverenliyinin tətbiq olunmasını təklif edir. Azərbaycan belə bir varianta razı olub olmaması elan edilməyib. Amma, Ermənistan Laçın dəhlizində Azərbaycanın nəzarətinə qarşıdır.

Qeyd edim ki, N.Paşinyan Rusiya variantına üstünlük verdiyini ötən ilin son aylarında açıqlamasında qeyd edib. Amma, Vaşinqtonun son təzyiqləri fonunda N.Paşinyan Tiflisdə görüşün keçirilməsi ideyasını dəstəklədiyini vurğulayıb.

Artıq ABŞ danışıqlar prosesini aparacaq. Liderlərin görüşü baş tutsa da sülh müqaviləsinin bağlanması yay aylarına kimi mümkün deyil.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini


Xəbər 516 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +