İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.08.2022  00:30 

Deputatların maaşı nə qədər oldu?





A+  A-

Deputatların maaşı 61%-dən çox artıb.

XəzərNews.az xəbər verir ki, bu barədə bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov paylaşım edib. O, deputatların xalis rəsmi gəlirlərini açıqlayıb.

“Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük. Deputatların maaşının artırılması haqda hesablama apardım (səhv tutan, zəhmət olmasa, bildirsin), dərc edirəm.

Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:

1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;

2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;

3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;

4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;

5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;

6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq.

Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!

Hələ Qanun layihəsini görmədən və barəsində yalnız mətbuatdan xəbər tutanda (xalq tərəfindən seçilmiş hesab edilən kəslər niyə qanun layihələrini ictimai müzakirəyə təqdim etmirlər?) status yazmışdım ki, artıma etiraz etmirəm, amma məmurların şəffaflığı barədə də deputatlar müvafiq qanunlar qəbul etsinlər. Nəinki etmədilər, heç olmasa bir deputat sadaladığım qanundan birini belə təklif etmədi…”, – deyə ekspert qeyd edib.

Xəbər 1214 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +