Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


10.10.2018  21:24 

“Mənim dayım Azərbaycanın Ukraynadakı səfiridir“ - deyib bloggeri tapança ilə hədələdi - Video





A+  A-


XəzərNews.az xəbər verir ki, şəhərdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin hədələri ilə qarşılaşıblar. Belə ki, tələbələrin qanunla qadağan olunmuş yerdə avtomobillərini saxlamalarına etiraz edən ukraynalı blogger ölümlə təhdid olunub. Üç azərbaycanlı tələbə bloggerin üstünə yeriyərək onu söyüşlə təhqir ediblər.
Tələbələrdən biri Azərbaycanın Ukraynadakı səfirinin onun dayısı olduğunu bildirib və bloggeri başına tapança dirəyəcəyi ilə hədələyib. Başqa biri isə söyüş söyərək bloggerin gecə başına oyun açacaqlarını qeyd edib.
Bloggerlər görüntüləri YouTube kanalında yerləşdiriblər. Qısa müddət ərzində videoya baxış sayı 50 minə yaxınlaşıb.

Qeyd edək ki, "Azərbaycanın Ukraynadakı səfiri mənim dayımdır" -deyən azərbaycanlı tələbə Muradxan Mirzəzadə Tibb Universitetinin 2-ci kurs tələbəsidir.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevdir. Səfir Xudiyevlə bağlı son günlər ardı-arası kəsilməyən və xoş olmayan xəbərlər yayılır. Gecə olduğundan səfirliklə əlaqə saxlayıb tələbələrin həqiqətən də səfirin qohumları olub-olmadıqlarını aydınlaşdıra bilmədik.

Videoya yazılan şərhlərdə Azərbaycan və azərbaycanlılar ukraynalılar və digər millətlər tərəfindən ağır ifadələrlə təhqir olunur. Azərbaycanlı tələbələrin bu hərəkəti qınaq obyektinə çevrilir və onlar Azərbaycan haqqında mənfi fikir formalaşdırırlar.

Azərbaycan Ukraynadakı səfirliyi xoşagəlməz hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir:

"Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları ictimaiyyət arasında narazılığa səbəb olub. Xüsusilə, həmin insanların insident baş verən video-görüntüdə yalandan Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması təəssüf hissi yaradır. Bildiririk ki, qeyd edilən şəxslərin hətta hər hansı qohumu səfirlikdə çalışmır.
Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır. Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.
Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik!"



Xəbər 4144 dəfə oxunub.




24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +