İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.01.2024  20:43 

Ceyhun Bayramov ilə Diana Mondino arasında telefon danışığı olub





A+  A-

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.

Xəzərnews.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı ilk öncə nazir Ceyhun Bayramov nazir Mondinoya yüksək vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanla Argentina arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, ölkələr arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işinin intensivləşməsi, növbəti görüşə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, alternativ enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğu, bununla yanaşı, ötən il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi və birgə tədbirlərin keçirilməsi məmnunluqla vurğulanıb.

Ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin böyük əhəmiyyət daşıdığı, tədbirin ölkələrimiz arasında yüksək səviyyəli təmaslar üçün vacib platforma olacağı qeyd edilib.

Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//yenisabah

Xəbər 679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +