İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.12.2023  14:43 

Xarici qüvvələr İrəvanı təhlükəli oyunlara sürükləyir - Zaxarova





A+  A-

Xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük.

Xəzərnews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional planın sabitliyi, bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir.

Rusiya və digər Aİİ üzvü olan ölkələrlə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatı təsirli artım nümayiş etdirir. Biz öz tərəfimizdən əməkdaşlığın əsas istiqamətləri üzrə planlaşdırılan bütün layihələrin gələcəkdə də həyata keçirilməsinə sadiqik.

Bizim Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar əsasında İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün yaxşı perspektivlərimiz var. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərt var. Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda münaqişənin azaldılmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıdır ki, bu da “3+3” məsləhətçi regional platforması çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməklə asanlaşdırıla bilər”.

Xəbər 640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +