İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2023  12:15 

Seçkilərdən sonra... – Yeni komanda, yeni administrasiya?





A+  A-

“Seçkilərin növbədənkənar olmasının özü yenilik üçün bir göstəricidir. Çünki “növbədənkənar” ifadəsi dəyişikliyi və yeniliyi özündə əks etdirir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) siyasi analitik Əziz Əlibəyli deyib.

Politoloq 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərindən sonra ölkənin siyasi sferasında baş verə biləcək yeni islahatlar barəsində söz açıb.

Ə. Əlibəyliyə görə, yeni seçkilərin olması artıq siyasi münasibətlərin əvvəlki kimi olmadığını göstərir:

“Siyasi kuluarlarda, ictimai-siyasi zəmində, eləcə də regional və qlobal müstəvidə bir çox şeylərin yeni reallıqlar kəsb etdiyini bilirik. Biz bunu daha çox İkinci Qarabağ müharibəsinin nəticələrinin yaratdığı reallıqlar kimi nəzərdən keçiririk.

Məsələnin ikinci tərəfi isə budur ki, yeni administrasiya, idarəetmə baxışı, komanda və islahatların hamısı zərurətdir. Biz burada “olmalıdır” demirik, əksinə, söyləyirik ki, bu tendensiya qətidir və buna daxili, habelə regional-qlobal çağırışlar var. Ona görə də seçkilərlə bağlı qərarın alınmasında çoxtərəfli yanaşmalar tətbiq etmək mümkündür”.

Seçkilərlə bağlı şəxsi gözləntilərinin yüksək olduğunu söyləyən ekspertin fikrincə, bir çox platformalarda doğru-dürüst seçki keçirib hər kəsin qazana biləcəyi bir situasiyanı yaxalamaq olar:

“Hazırda regional siyasətə, Qarabağ məsələsinin həllinə fokuslanmış siyasi idarəetməni daxili siyasətə də gətirmək olar. Xüsusilə də daxili iqtisadi durum, sosial vəziyyət nəzərdən keçirilməli və müəyyən islahatlar aparılmalıdır. Hər kəs də bilir ki, bir sıra tədbirlərin görülməsinə artıq böyük ehtiyac yaranıb. Bu reallıqlar böyük ölçüdə idarəetmədən qaynaqlanan problemlərlə bağlı deyil. Lakin COVID-19 pandemiyasından sonra bütün dünya ölkələrində bu problem yaranıb və ona adekvat cavab vermək hökumətin borcudur. Bütün bunlara adekvat cavab verəcək yeni bir idarəetmənin formalaşmasına isə ümidliyik”.

Xəbər 568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +