İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2023  08:34 

ABŞ Dövlət Departamenti İlham Əliyevlə görüş haqda açıqlama yaydı





A+  A-

ABŞ Dövlət Departamenti Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb.

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət Departamentinin məlumatında deyilir:

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə müsbət və konstruktiv görüş keçirib.

Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub.

Dövlət katibinin köməkçisi O’Brayn Prezident Əliyevə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona gözlənilən səfərlərini alqışlayacaq, habelə Dövlət katibi Antoni Blinken tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.

Xəbər 443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +