İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.10.2023  23:54 

Azərbaycan və Ermənistan arasında münaqişə həll olunub -Sergey Lavrov





A+  A-

“Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub. İndi tərəflərə münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atılmalıdır”.

Xəzərnews.az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

Lavrov onu da bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyanın əlindədir.

Tərəfdaşlar bunu başa düşürlər. Biz bundan böyük nəticə çıxarmağa çalışmırıq. İstəsələr, Brüsseldə şanslarını sınasınlar, amma biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq”.

Xəbər 401 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +