İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.10.2023  21:16 

Natiqin ordusu 30 il sonra gələcəkdi!





A+  A-

Natiq dağdır! Özü söykənəcəyimiz, taleyisə bağrımızda. Hər zaman düşünmüşəm: zəfərin şirin dadını ilk dəfə nə zaman hiss etdik, Ramil Səfərovlamı, Mübariz İbrahimovlamı və ya Lələtəpə, Günnüt əməliyyatıylamı?

İndi əminəm!

İlk dəfə düşmən üzərində Natiqin baxışlarlı qələbə çalıb!

Təkcə baxışları deyil təbii ki...

Məğrurluğu, cəsarəti, əsaləti!

Amma o baxışlar əsir baxışı deyil.

Natiqi tanımasan fotoda əsir kimdir bilmərsən.

O vətənin sahibinin mənfur işğalçıya nifrət dolu baxışıdır.

Qorxu dolu baxışları hamımız birlikdə izlədik. Qısa müddət əvvəl təşəxxüsündən yer-göyə sığmayan, işğal həzzindən dişləri qamaşan, guya sona qədər ordumuzla döyüşməyə hazır olan, erməni xalqının simvol nümayəndəsi Vardanyanın əsgərlərimizin müşayətində qorxudan irilmiş gözləri erməni xislətini bütün çılpaqlığı ilə bir daha izah etdi.

Hansı ki, Vardanyan əsir deyil, məhbusdur.

Və onun hüquqları qorunur.

Natiqi isə qoruyan yox idi...

Natiqin ordusu 30 il sonra gələcəkdi!

Vardanyanın gözlərindən erməni xalqı boylanır, Natiqin gözlərindən isə Azərbaycan!

Bu cür fədailər yetirən xalq necə məğlub ola bilərdi axı?

Bəlkə də Natiqi öldürməzdilər, onu sındrmaq düşmən üçün əvəzsiz həzz qaynağı, psixoloji motivasiya ola bilərdi.

Əminəm, buna çox cəhd ediblər.

Hər halda günlərlə amansız işgəncələrə məruz qalıb bu qaya duruşlu Azərbaycan oğlu.

Amma öldürüblər, deməli, əyilməyib!

Çünki o, bozqurddur.

Heç bir zaman təslim olmayan, əhilləşməyən, azadlığı ölümdən üstun tutan tək canlı.

Əgər ŞƏHİD bizi duysaydı bunu deyərdim: Vətən torpağına hopan hər damla qanının qisası misliylə alındı, qardaş!

Rahat uyu!

Baxışların əmanətimizdir!

Bəhruz Həsənov

Xəbər 2460 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +