İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.06.2023  16:21 

Laçın postu bağlanır?





A+  A-

“Ermənistan tərəfinin Laçın sərhəd-keçid məntəqəsi istiqamətində atəş açması orada yerləşən ordumuzun şəxsi heyəti ilə bərabər, bu postdan istifadə edən erməni vətəndaşlarımızın da həyat və sağlamlığını təhdid altına alır”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, böyük ehtimalla erməni tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyi üçün təxribatların mümkün miqyasını genişləndirməyə çalışır:

“Əvvəllər Kəlbəcər istiqamətində mövqelərimizə atəş açıldığını daha çox müşahidə edirdiksə, artıq bu atəşkəs pozuntularına Gorus istiqaməti də əlavə olunub. İlk dəfədir ki, biz Laçın sərhəd-keçid məntəqəsinə qarşı erməni təxribatları ilə qarşı-qarşıya qalmışıq. Bu təxribatlar nəticəsində yaralı əsgərimiz var.

Düşünürəm ki, Ermənistan tərəfi bu təxribatların bədəlini artıqlaması ilə ödəyəcək. Yaralanan əsgərimizin qanı heç bir halda yerdə qalmayacaq.

Hərbi ekspertin sözlərinə görə, digər adekvat tədbir kimi Azərbaycan tərəfi Laçın sərhəd-keçid məntəqəsində təhlükəli vəziyyəti nəzərə alaraq müvəqqəti olaraq postun bağlanmasını da tətbiq edə bilər:

“Çünki həmin atəş mülki vətəndaşlara da xəsarət yetirə bilərdi. Odur ki, Azərbaycan tərəfi həm Ermənistanı cəzalandırmaq, həm də ərazidə təhlükəsizliyi bərpa etmək üçün atəş açılan düşmən mövqelərini darmadağın edərək həmin ərazilərdə Azərbaycan ordusunun şəxsi heyətini və Azərbaycan Respublikasının Dövlət bayrağını yerləşdirməlidir”.

Xəbər 792 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +