İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.06.2023  16:55 

Azərbaycanda 7 bal gücündə zəlzələ ola bilər...





A+  A-

Türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7.5 bal gücündə zəlzələ olacağına dair proqnozunun ardınca, daha bir türkiyəli mütəxəsisdən qalmaqallı açıqlama gəlib. Bu dəfə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal Azərbaycanın 6 baldan yuxarı zəlzələ ola biləcək ölkələrdən biri olduğunu qeyd edib.

O, zəlzələyə daim hazırlıqlı olmaq lazım gəldiyini bildirib:

“Sabah olar, yoxsa çox uzun müddət sonra, bunu bilə bilmərik. Zəlzələyə sabah olacaqmış kimi hazırlıq görməkdə fayda var”, - deyə Hasan Mandal əlavə edib.

Ard-arda iki türkiyəli seysmoloqların dağıdıcı zəlzələ ilə bağlı açıqlamaları ictimaiyyətdə əməlli-başlı təşviş yaradıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin türkiyəli mütəxəssislərin açıqlamasına reaksiyası maraqlı olub.

O, Hasan Mandalın açıqlaması ilə razılaşdığını gizlətməyib:

“Hasan Mandalın nə dediklərini eşitmişəm. O, çox gözəl və səliqə ilə deyir ki, Azərbaycanda maqnitidası 6 baldan yuxarı zəlzələ ola bilər. Əlbəttə ola bilər. Kim deyir ki, olmayacaq?

Azərbaycanda maqnitudası 7-də ola bilər. Bu ehtimal olunur və baş verə də bilər. Gözləmək başqa şeydi, ola bilər isə tamam başqa...

Tarixən də belə zəlzələlər olub. Heç bir problem yoxdur. Amma demir ki, gözlənilir. Yoxsa ki, Cəlal Şəngör “Azərbaycanda 7,5 bal gücündə zəlzələ gözlənilir” demişdi. Milləti çaş-başa salmaq nəyə lazımdır? Biri var populist çıxış edəsən, məsələn Cəlal Şəngör kimi...

Həmin açıqlamadan sonra mən işdə bütün günü otura bilmədim. Əhalidən, jurnalistlərdən və ictimai fəallardan çoxlu sayda zənglər gəldi. Mən onlara cavab verirdim ki, Cəlal Şəngör boş-boş danışır və geoloqdur, gedib işi ilə məşğul olsun. Elə bir seysmoloqu heç mən tanımıram”./Bizim.Media

Xəbər 648 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +