İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.04.2023  09:52 

Ərdoğanın səhhətində nə baş verir: infarkt, yoxsa soyuqdəymə





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirildiyi ilə bağlı yayılan iddialardan sonra rəsmi açıqlama verilib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumatda Ərdoğanın infarkt keçirməsi iddiaları da təkzib olunub:

“Prezident Ərdoğanın infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi iddiaları doğru deyil. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan sabah keçiriləcək Akkuyu Atom Elektrik Stansiyasına İlk Yanacaq Yükləmə mərasimində videokonfrans vasitəsilə iştirak edəcək”, - məlumatda deyilir.

Vitse-prezident Fuat Oktay isə Ərdoğanın səhhəti ilə bağlı danışarkən bunları deyib: “Prezidentimizin səhhəti yaxşıdır. Biz daimi ünsiyyətdəyik. Bir az soyuqlamışdı”.

AKP-nin sədr müavini Erkan Kandemir sosial media hesabından Ərdoğanın Mersin mitinqinin də təxirə salındığını açıqlayıb.

Xəbər 558 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +