İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.03.2023  13:39 

Azərbaycanada COVID-19-la bağlı şübhəli məqamlar var?





A+  A-

"Bəzi ölkələr öz COVİD-19 statistikasını vermirsə, o demək deyil ki, həmin ölkədə virus aşkarlanmır".

XəzərNews.az xəbər verir ki, bunu Yenisabah.az-a həkim-infeksionist Mərdan Əliyev bildirib.

O, Azərbaycanada COVID-19-la bağlı bəzi şübhəli məqamları şərh edib.

Bir çox ölkələr artqı pandemiyanın bitdiyini elan edib və karantin məhdudiyyətləri bütövlüklə ləğv olunub. O cümlədən qonşu Gürcüstan və Ermənistanda son aylarda koronavirusla bağlı heç bir məlumat dərc olunmur. Əvvəllər həftəlik məlumat yayan bu ölkələrin operativ qərargahları artıq buna ehtiyac görmür. Rusiyada isə gündəlik yoluxma halları və ölüm statistikası açıqansa da, COVID-19 peyvəndlərinin məhv edilməsi barədə rəsmi qərara var.

MDB məkanındakı bu dövlətlərlə müqayisə Azərbaycanda operativ qəraragah gər gün yoluxma sayı barədə məlumatları yeniləyir. Ötən gnlərin birində COVID-19-dan 6 nəfərin öldüyü bildirilib.

Təəccüb doğuran məqm da məhz budur. Quru sərhədləri tam bağlı olan ölkədə niyə hələ də koronavirusa yoluxma və ölüm halları var. Qonşu Gürcüstan və Ermənistan "qara statistika"nı gizlədir, yoxsa Azərbaycanda COVID-19-la manipulyasiya edilir?

Həkim-infeksionist Mərdan Əliyev Dünya Səhiyyə Təşkilatının (DST) pandemiyanın bitməsi barədə bəyanatını xatırladıb:

“Bu açıqlamaya baxmayaraq, tam əminliklə deyə bilmərik ki, bu virus yer üzərindən tamamilə silinməyib. Pandemiya bitdikdən sonra bu proses endemiya ilə əvəzlənir.

Endemiya odur ki, hər bir ölkəyə xas olan xəstəliyin artma sayı müşahidə edilmədən virus sabit şəkildə özünü göstərir. Statistikaya əsasən, Azərbaycanda da virusa yoluxanlar qeydə alınmaqdadır. Yalnız ölkəmizdə yox, bütün ölkələrdə bu xəstəlik qeydə alınır.

Bəzi ölkələr öz COVİD-19 statistikasını açıqlamırsa, o demək deyil ki, həmin ölkədə virus aşkarlanmır. Sadəcə DTS-nin pandemiya ilə bağlı açıqlamasından sonra statistik göstəricilərə önəm verilmir. Güman edirəm ki, ölkəmizdə də bir müddət sonra bu hal baş tutacaq.

Virusa yoluxma hələ də davam edir. Səhiyyə Nazirliyində, TƏBİB-də bu statistika qeydə alınır. Lakin cəmiyyət bu barədə məlumatlandırılmır”.

Xəbər 549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +