İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.03.2023  13:39 

“Bravo“da film kimi atışma, ölən və yaralananlar var





A+  A-

Bakıda "Bravo" Supermarketinə məxsus hipermarketdə atışma olub.

Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, inkasator maşınına hücum olub. Bir nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

"Bravo" Supermarketinə məxsus hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.

Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs polis Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib. Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.

Məlumata görə, hadisəni törədən 2 şəxs olub. Onlardan biri saxlanılıb. Digəri isə marketin içərisində gizlənib. Hazırda market bağlanılıb. Digər şəxsin saxlanılması istiqamətində işlər aparılır./APA

Xəbər 987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +