İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.02.2023  12:28 

“Aksiyanın məqsədinə çatacağını düşünürəm” - QHT sədri





A+  A-

“Şuşa-Laçın yolunda 2022-ci ilin dekabrın 12-dən başlanan aksiya 64 gündür davam edir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev deyib.

O, sözlərinə belə davam edib: “Əlbəttə, Azərbaycan vətəndaş cəmiyyəti institutları olaraq biz aksiyaya başlayanda bu qədər davam edəcəyini düşünməmişdik. Hesab edirdik ki, beynəlxalq təşkilatlar 30 ilə yaxındır bölgədə mövcud olan ekoloji fəlakətlərdən xəbərdar olacaq və nəticədə Azərbaycan ərazilərində aparılan eko-terrora son qoyulacaq. Məqsədimizin birinci hissəsinə - yəni bölgədə mövcud olan ekoloji fəlakəti dünyaya çatdırmağı bacardıq, amma hələ də eko-terrora son qoya bilməmişik”.

Niyaz Niftiyev qeyd edib ki, təəssüf ki, ötən müddətdə biz bunu görmədik, tam əksinə, onlar əsas problemi kənara qoyub Ermənistan hakimiyyətinin hay-küyünə, blokada iddialarına diqqət ayırdılar: “Etiraf edək ki, ermənilər bu müddətdə beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrlə çox yaxşı işlədilər. Düşündülər ki, Azərbaycan beynəlxalq təziqlər qarşısında tab gəirə bilməyəcək və Şuşa-Laçın yolu əvvəlki vəziyyətinə qayıdacaq.

Amma bütün bunlara baxmayaraq Azərbaycan bir addım da olsun geri çəkilmədi, aksiyanın məramı dəyişməz olaraq qaldı. Etirazçılar birinci gündə olduğu kimi, bu gün yəni 64-cü gündə də Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Yəni, eko-fəallarımız Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsini istəyir.

İndi Xankəndində də vəziyyət tamam dəyişib. Biz bunu erməni mətbuatıni izləyərkən də müşahidə edirik. Məsələn, əvvəllər erməni mediasının xəbər lenti Xankəndi – Vardanyan, Artunyanın görüşləri, açıqlamaları ilə zəngin idisə, bu gün elə deyil. Vardanyanın Moskvaya gedişindən – qaçışından sonra proses sanki zəifləyib. Ermənilər də başa düşür ki, Azərbaycan tərəfi bu məsələdə güzəştə getmək niyyətində deyil. Belə olan təqdirdə aksiyanın məqsədinə çatacağını düşünürəm. Proses ona doğru gedir və hesab edirəm ki, fevralın sonu, martın əvvəllərində bu məsələdə bir dönüş ola bilər”.

Xəbər 940 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +