İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.02.2023  17:59 

Zəlzələ təxribatına inanmayın! - Açıqlama





A+  A-

"Qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağıına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər".

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə Seysmoloji Xidmət Mərkəzi çıxış edib.

Qurumun yaydığı məlumatda daha sonra deyilir:

"Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.

Yayılan təxribat xarakerli şaiyələrə inanmayın!"

Xəbər 130 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +