İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2023  14:44 

ABŞ HAARP vasitəsi ilə Türkiyədə zəlzələ törədə bilər?





A+  A-

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən “The International Business Times” nəşrinin ayda 100 milyon oxucu izləyir. Yəni belə bir nəşri “bulvar qəzeti” və ya “sarı mətbuat” hesab etmək olmaz.

Nəşr yazır ki, Türkiyədə baş verən zəlzələdən bir neçə saniyə əvvəl səmada görünən qəribə mavi işıqlanma xeyli şübhəli görünür. Bu zəlzələ ABŞ-ın dəstəklədiyi HAARP hücumundan qaynaqlanmır ki?

HAARP (ing. High Frequency Active Auroral Research Program; Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) — ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsi.

Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür.

Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. Hətta zehin idarə etmə dalğaları yaydığı deyilir.

HAARP, Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm bir layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radio siqnalı yayımlaya bilən cəmi 48 antenna vardır.

Bunlardan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.

HAARP layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır.

Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində, təyyarə nəzarət sistemi mövcuddur və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır...

Adıçəkilən nəşr Snezhina Boahen-ın “Twitter” də yazdığı bu statusa diqqət çəkir:”Türkiyədə baş verən zəlzələ NATO və ya ABŞ-ın Türkiyəyə qarşı cəza əməliyyatı (HAARP) kimi görünür. Videoda zəlzələ zamanı normal olmayan, lakin arfa əməliyyatlarında həmişə baş verən ildırım çaxmaları əks olunub”.

Nəşr sosial şəbəkələrdə yer alan bu kimi xeyli stautusa yer verib. Biri isə vurğulayır ki, bu, ABŞ-ın həyata keçirdiyi bir əməliyyatdır: “Bu, təbii fəlakət deyildi. Bu terror aktı idi”.

Sosial şəbəkələrdə o da qeyd olunur ki, NATO və ABŞ belə bir zəlzələ törətməklə Ərdoğanın iqtidara yenidən gəlişinin qarşısını alamaq məqsədi daşıyır...

Əlbəttə, bu barədə konkret nəsə demək çətindir. Dəqiq məlum olan odur ki, Amerikanın sahib olduğu HAARP vasitəsi ilə süni şəkildə zəlzələ törətmək mümkündür. Həqiqətənmi ABŞ bu imkandan Türkiyədə zəlzələ törətmək üçün istifadə edib? Bu suala bəlli səbəbdən yaxın zamanlarda birmənalı cavab olmayacaq...

Elbəyi Həsənli


Xəbər 401 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +