İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2023  10:12 

Sabiq icra başçısının köməkçisi həbs olundu





A+  A-

Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.

Vahid Şükürov eyni məcəllənin 312.2 rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsin əməli Cinayət Məvəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40 gün sonra ev dustaqlığına buraxılıb.

Ötən gün Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova da hökm oxunub.

Rəşad Şükürov da rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib, lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yumşaldıcı halları nəzərə alaraq ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verib.

Qeyd edək ki, Vahid İsayev Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadənin dövründə başçının köməkçisi vəzifəsində çalışıb. Mehdi Səlimzadə isə ötən il işdən çıxarılıb.

Xəbər 221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +