İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.02.2023  14:57 

Hansı binalar sökülür: Pula gedən, yoxsa əldən gedən? - Problem





A+  A-

Bakıda qəzalı binaların söküləcəyi xəbəri bu binlarda yaşayan insanları həm sevindirir, həm də kədərləndirir. Sevindirir ona görə ki, mənzilləri yenilənir, bir növ ağ günə çıxırlar. Kədərlənənlərin isə səbəbi haqlıdır: məsələn, 1880-ci ildə tikilən binlar sökülmür, amma 1950-ci ildə tikilən binalar sökülür.

Əlbəttə, bunun səbəbi də bəllidir.

Diqqət etmisinizsə “istismar müddəti birmiş” adı altında sökülən binaların böyük əksəriyyəti 5 mərtəbəli və şəhərin mərkəzi rayonlarında yerləşir. Oranı sökürlər ki, çoxmərtəbəli binalar tiksinlər və daha çox pul qazansınlar. Yəni burda söhbət heç də “bu bina qəzalıdır, sökək, vətəndaşa zərər dəyməsin” prinsipi işləmir. Əgər belə olmasaydı bir az ətrafda daha çox təhlükəli olan binalar sökülərdi.

Bu binalardan bir neçəsi Səbail rayon 20-ci sahə adlanan ərazidə, Arif İsmayılav küçəsində yerləşir. 1880-ci illərdə tikilən yataqxana tipli ikimərtəbəli binalar qəzalı vəziyyətdədir. Binalar öz taxta sütünları üzərində deyil, bir növ sonradan heç bir mühəndis-texniki plan olmadan əlavələr edilmiş tikililərin hesabına dayanır. Amma vətəndaşın təhlükəsizliyənə cavabdeh olan qurumlar bu faktı görə-görə özlərini görməzliyə vururlar.

Bu binaların əksəriyyəti əvvəllər neftçilərin yataqxanası olub, daha sonra yerli əhali orada məskunlaşıb.

Kənardan aparılan müşahidələr də göstərir ki, bu binalar yaşayış üçün yararlı deyil, amma nə edəsən ki, insanlar yaşamaq məcburiyyətindədirlər.

Zəlzələ olsa, bu binalardan yəqin ki, sağ çıxan olmayacaq. Çünki binada divarlar aralanıb, mənzillərin tavanı uçub, döşəməsi çürüyüb.

Bu binaların az qala bir əsr yaşı var. Sakinlərin çoxu öz vəsaiti hesabına binada az-çox təmir işləri aparıb. Amma bayırdan da binanın divarı aralanıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin müaviq qərarına görə, ilk növbədə istismar müddəti deyil, məhz qəzalı vəziyyətdə olan binalar sökülməlidir. İstismar müddətinə qalsa Bakın yarısı sökülməlidir. Elə binalar var ki, istismar müddəti bitib, amma dayanıqlıdır, elə binlar da var ki, həm istismar müddəti bitib, həm də qəzalıdır, yaşamaq olduqca təhlükəlidir.

Nazirlər Kabineti ötən il Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin qərarda göstərilir ki, qəzalı binalarda yaşayan sakinlərə maliyyə vəsaiti ödənilməklə onlar köçürülsünlər.

L.Zahidqızı
XəzərNews.az



Xəbər 727 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +