İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.12.2022  16:17 

Nazirlik o tədbirə 30 milyon manat xərcələyib?





A+  A-

"Niyə Elm və Təhsil Nazirliyi maliyyə hesabatlılığında obyektiv və şəffaf deyil? Nədən narahatdırlar?"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə təhsil eksperti Kamran Əsədov çıxış edib.

K.Əsədov bildirib ki, dekabrın 5-9 tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 (STEAM Azərbaycan Festivalı) keçirilib:

"Amma tədbirin keçirilməsi üçün sərf edilmiş maliyyə ilə bağlı, bu tədbirin hansı MMC tərəfindən təşkil edilməsi haqqında məlumat yoxdur. Məndə olan məlumata görə, tədbirin keçirilməsinə 30 milyon manat vəsait sərf olunub. Mən tender.gov.az portalında tədbirin keçirilməsi üçün nəzərdə tutulan tender görmürəm, tapa bilmirəm. Mənə hələ ki, bu tədbirin keçirilməsinin maliyyə tərəfi, tender tərəfi maraqlıdır. Şairlər bir qurultay keçirmək üçün 200 min manat vəsait almışdılar, hamı az qala onları vətən xaini elan etmişdi. İndi isə 30 milyon manat vəsait sərf edilib, lakin heç kimə maraqlı deyil. Bu heç də təhsilə, elmə ayrılan vəsait kimi başa düşülməməlidir".

XəzərNews.az

Xəbər 980 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +