İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.12.2022  22:41 

Rusiya hara, sülhməramlılıq hara?!





A+  A-

Dırnaqarası "sülhməramlı"ların bu gün jurnalistlərimizi Xankəndiyə buraxmamaları "sülhməramlı"ların maskalar;n; y;rtmaq və ümumən Rusiyanın sülhməramlı yox, pisməramlı bir ölkə olduğunu açıb göstərmək üçün çox əla faktdır, materialdır.

Bunlar bu gün özlərini rəsmən ifşa etdilər.

Bəli, Rusiya nə bizim Qarabağımızda, nə Moldovanın Dnestryanı bölgəsində, nə Suriyada, nədəki dünyanın hər hansı başqa bir bölgəsində sülhməramlı missiya həyata keçirə bilməz.

Çünki bunun üçün Rusiyanın nə potensialı, nə təcrübəsi, nədəki mənəvi ixtiyarı yoxdur.
Rusiya hərbçilərinin olduğu hər yer enində-sonunda qan gölünə çevrilir. Rus dövlətçiliyinin mayasında, zatında belə sülhpərvərlik yoxdur. Bu dövlətin son 400 illik tarixi başdan-başa müharibələrdən, kütləvi qırğınlardan, işğallardan, müstəmləkəçilikdən ibarətdir.

Rus xisləti, rus etnopsixologiyası Dostoyevski kimi travmalı yazarlardan və hərb maşınından başqa heç nə istehsal etməyə və heç kimi yetişdirməyə qadir deyil.

Sülhməramlılıq müqəddəs missiyadır, amma həm də olduqca çətin, mürəkkəb missiyadır. Hər ölkə, hər xalq sülhməramlı ola bilmir. Sülhməramlılığın kriterlərinə cavab vermək üçün ölkənin özü də, onun hərbçiləri də necə deyərlər, bir çox sınaqlardan, testlərdən keçməlidir.

Lakin nə etməli, Rusiya və onun ordusu bu missiya üçün tam yararsızdır. Başqa sözlə desək, evdə (Kremldə) bişməyib, qonşudan da gəlməyib.

Tarixi boyu hozuluğa, hegemonluğa, xırs quldurbasanlığa öyrəşmiş Rusiya hara, sülhməramlılıq hara?!

Özlərini "sülhməramlı" adlandıran rus hərbçilərinə nə onların hazırkı komandanı general Andrey Volkov, nədəki öncəki komandanlar hələ də başa sala bilməyiblər ki, onların missiyasına azərbaycanlılara öz ərazilərində azad gəzməyi qadağan etmək deyil. Bu cür sülhməramlılıq olmur.

Sanki rus əsgərlərinə xüsusi olaraq tapşırılıb, deyilib ki, sizin sülhməramlılığınız yalnız erməniləri qorumaqdan ibarətdir, vəssalam.

Bəs, bu yaxınlarda Kəlbəcərdə ermənilərin hücumuna məruz qalan azərbaycanlıları qorumaq kimin missiyasına daxil idi? Bu cür birtərəfli qaydada "sülhməramlı"lıq harda görünüb?

Bacarmırsınız, dəf olun gedin də öz çürüməkdə olan Rusiyanıza!

Zəli kimi nə yapışmısınız Qarabağdan?!

Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün bu gün general-mayor Andrey Volkovla sülhməramlıların Xocalıdakı qərargahında görüşüb.

Lakin çox təəssüf ki, həmin görüşün gedişatını media nümayəndələrimiz izləyə bilməyib. Çünki yaramaz "sülhməramlı"lar jurnalistlərin Xocalıya keçidinə mane olub. İTV-nin reportryoru israrla əraziyə keçməyə cəhd göstərsə də, "sülhməramlı ayı"lar onu və digər həmkarlarını əraziyə buraxmayıblar.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 759 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +