İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.12.2022  08:30 

Bəzi ölkələrin Kremlə yardım etmək istəyi tənqid olundu





A+  A-

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bəzi ölkələrin Kremlə yardım etmək istəyini tənqid edib.
XəzərNews.az xəbər verir ki, o, bu barədə Arseni Yatsenyukun Açıq Ukrayna Fondunun təsis etdiyi Kiyev Təhlükəsizlik Forumu zamanı videomüraciətində deyib.

"Hazırda döyüş şəraitində sınaqdan keçirilən İran pilotsuz təyyarələri min kilometr uçur. Terrorçu dövlətlərin onlardan istifadə etməsi zaman məsələsidir. Bu şəraitdə Kremlin “xilas etməyə” və Ukraynaya hərbi yardımı məhdudlaşdırmağa çalışmaq məntiqsizdir”, - müdafiə naziri vurğulayıb.

O xatırladıb ki, Ukraynanın güclənməsi Avropanı təhdidlərdən qorumaq üçün qoyulan sərmayədir.

“Məhz o zaman Avropaya səmada və yerdə min kilometrdən çox təhlükəsiz məkan alacağına zəmanət verilir və Qara dəniz yenidən sərbəst naviqasiya üçün təhlükəsiz məkana çevriləcək”, - Reznikov əlavə edib.

İsmayıl
XəzərNews.az


Xəbər 405 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +