İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.11.2022  09:30 

Siyasətdə SÖYÜŞ ritorikası: Kimlə başladı, kimlərlə davam edir?!





A+  A-

Söyüş ritorikası özünün pik həddinə yüksəlib - artıq “döyüş” qaydasız gedir. Məmləkət əhli ilk “milli” söyüşlə 1991-ci ildə AzTv-nin efirindən “müjdələnib”. “Xəbərlər”in əməkdaşı Vüsal Əfəndiyevin “müəllifliyi” ilə müxalif yönümlü insanlara ünvanlanan söyüşü o zaman cəmiyyət tam olaraq özünə qəbul etdi və bu, böyük ictimai qınağa səbəb oldu.

AzTv-nin önündə davamlı piketlər, fəal ictimai kəsimin indikindən fərqli olaraq sərt təpkisi qısa zamanda müsbət nəticəsini verdi – bir müddət heç kəs buna cəsarət etmədi.

O zaman bir söz birləşməsindən ibarət olan söyüş indiki kimi heç də “beynəlmiləl” deyildi, “milli” idi, müqayisədə onu bu gün alqışa da bənzətmək olar.

1992-ci ilin yanvar, fevral, mart aylarında müxalifətə qarşı olduqca aşağılayıcı ifadələr efirdən artıq canlı olaraq “alovlanırdı”.

Qısa zamandan sonra bu “alov” bütün ölkəni bürüdü və o zamankı hakimiyyətin sonunu gətirdi...

AXC hakimiyyəti dövründə söyüş ritorikası ənənəvi xarakter almasa da, mərhum daxili işlər naziri İsgəndər Həmidovun canlı efirə müdaxilə edərək AMİP-çiləri ağır ifadələrlə təhqir etməsi, ardınca partiya sədri Etibar Məmmədovun cangüdənləri ilə birgə telestudiyaya gələrək bunun “razborkasını” aparması tragikomik mənzərə yaradırdı.

Müdafiə naziri Rəhim Qazıyevin “Xoş gördük” proqramının əməkdaşını nazirliklə bağlı hazırladığı sərt tənqidi süjetə görə AzTv-nin binasında axtarması, onunla canlı şəkildə “haqq-hesab” aparmaq istəməsi, tapmayanda isə hamının gözü önündə ünvanına ən aşağılayıcı ifadələri işlətməsi tarixin acı həqiqətdir.

Amma o da həqiqətdir ki, bütün bunlar sərt şəkildə qınanırdı – həm ictimaiyyət, həm də siyasi hakimiyyət tərəfdən. Həmin dövrdə bu ənənə davamlı olmadı, hakimiyyətin ömrü kimi yarımçıq kəsildi...

İllər ötdü, siyasi mübarizə meydanı daraldıqca söyüş davamlı xarakter almağa başladı və miqyası ölçüyəgəlməz oldu.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin birbaşa efirdən, deputat Əhəd Abıyevin AXCP sədri Əli Kərimlini, mərhum akademik Cəlal Əliyevin isə ANS-in əməkdaşları Mirşahin Ağayev və qismən də olsa, Aytən Səfərovanı Milli Məclisin tribunasından (!) söyüşə “qonaq” etmələri yaxın tariximizin, xüsusən də Yeniləşən Azərbaycanın gerçək üzüdür.

Bu gün söyüş daha geniş coğrafiyanı əhatə etməkdədir, həmçinin elektron medianı, sosial şəbəkələri necə zəbt edibsə, artıq hamı buna köklənib. Sanki hamı söyür - ünvanlı-ünvansız, aşağıdan yuxarıya və daha sərt...

Bu, hansı gələcəyi vəd edir – söyləmək çətindir. Amma burda da bir “final” fitinin çalınacağı qaçılmazdır...

Vasif Hüseynov
XəzərNews.az




Xəbər 624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +