İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.08.2022  11:26 

Prokurorluq vəzifəli şəxsin hökmündən protest verdi





A+  A-

Baş Prokurorluq sabiq vəzifəli şəxsin hökmündən protest verib.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bəzi sosial şəbəkə və media səhifələrində Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavininə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.

Belə ki, Departamentin sabiq direktor müavini Rafiq Əzizovun işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilən məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilib.

İyulun 27-də dövlət ittihamçısı tərəfindən Cinayət Məcəlləsinin 70-ci maddəsinin əsassız tətbiq edilməsi əsası ilə apellyasiya protesti verilib.

Xəbər 1111 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +