İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.07.2022  09:59 

Millət vəkilinin oğlu Avropada bu əmlaklara necə sahib olub?





A+  A-

Millət vəkili Ülvi Quliyev ölkənin ən iri dərman şirkətlərindən və apteklər şəbəkəsindən birinin sahibidir. Bunu bilməyən yoxdur. Bundan cəmi bir il əvvəl – Ülvi Quliyev Londonda dəyəri 700 min funt olan 4-cü evi alıb.

Deputat bu 2021-ci il martın 2-də oğlunun Londondakı UGANO LİMİTED şirkəti vasitəsilə İngiltərənin Hampshire Trust Bankı üzərindən 124 SQUİRES LANE ünvanındakı daşınmaz əmlaka ödəniş edib.

Britaniya paytaxtının bu səmtindəki evlərin dəyəri 500 mindən 1 milyon funta qədər dəyişir.

Bundan əvvəl isə 2019-cu ilin fevralında deputatın oğlu Orxan Quluzadə Londonun SELLİNCOURT ROAD 149 və 151 ünvanlarındakı iki ev üçün sövdələşib. Sövdələşmə Britaniyanın Lendinvest Security Trustees Limited şirkəti vasitəsilə edilib. Əmlak şirkətləri həmin mənzillərin birini 750 min, digərini isə 500 min funt dəyərində qiymətləndirirlər.

Hampshire Trust Bankı üzərindən ötən ilin iyununda həyata keçirilən daha bir sövdələşmə isə BARNET, 20 MAYS LANE-dəki daşınmaz əmlaka – 4 otaqlı mənzilə aid olub. Yerli əmlak agentləri tərəfindən mənzil 712-787 min funt aralığında dəyərləndirilir.”

Çünki Ülvi Quliyevin oğlu Orxan Quluzadə 44 günlük savaş dönəmində qaçıb gizlənmişdi. Nə işlə məşğul olurdu? Bu barədə də ortada faktlar var…” – alp.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb. Ülvi Quliyevin Avropada dəbdəbəli həyat sürən oğlu Orxan Quluzadə 44 günlük Vətən müharibəsi ərəfəsində ölkədən necə çıxıb? Bu barədə növbəti yazımızı izləyin…

Məsələ ilə əlaqədar Ülvi Quliyevin də münasibətinə yer verməyə hazırıq…







Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +