İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.07.2022  23:07 

“Rusiya bu xəbərdarlıqdan nəticə çıxarmasa...“





A+  A-

"Prezident İlham Əliyev ilin altı ayın yekunlarına dair müşavirədə çıxışında Ermənistan silahlı qüvvələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən çıxarılması istiqamətində Rusiya ilə danışıqlar aparıldığını, hətta iyun ayında çıxarılması üçün vaxt verildiyini qeyd etməsi, göstərir ki, rəsmi Bakı artıq bu məsələdə hərəkətə keçib".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Azərbaycanla silahlı erməni birləşmələrinin iyun ayında çıxarılması barədə razılaşıb, amma Moskva razılaşmaya əməl etmir:

"Prezidentin Rusiyaya haqlı iradı Kremlin Qarabağda deustiriktiv siyasətini və separatizmi dəstəklədiyinə ciddi xəbərdarlığidir. Həmçinin, bununla Ermənistana da ciddi mesaj verdi".

M.Əsədullazadə qeyd edib ki, rəsmi Bakı silahlı erməni birləşmələrinin çıxarılması istiqamətində bu günə qədər danışıqlar apararaq öhdəliklərə əməl edilməsini tələb edib:

"Vaxt sona çatıb, amma nə Ermənistan, nə də Rusiya sülhməramlı qüvvələri tərəfindən hərhansı bir addım atılmayıb. Bu, prezident tərəfindən ilk dəfə açıq şəkildə qeyd edilir. Göründüyü kimi, Rusiya silahlı erməni birləşmələrinin çıxarılmasında maraqlı deyil, Ermənistan tərəfi də Azərbaycan ərazisində hərbiçilər saxlamaqda maraqlıdır.

Prezidentin silahlı erməni birləşmələri ilə bağlı verdiyi bu açıqlama "Laçın" dəhlizindən kənarda çəkilən yeni yolun istifadəyə verilməsi ərəfəsində təsadüfi deyil. Prezident xəbərdarlıq edir və vaxtdan getdiyini vurğulayır. Əgər, silahlı erməni birləşmələri Azərbaycan ərazisindən çıxarılmasa, Azərbaycan anti-terror əməliyyatları keçirə bilər. Həmçinin yeni yolda sərhəd keçid məntəqəsi qoyula bilər. Çünki, prezident də qeyd etdi ki, silahlı erməni birləşmələrinin qalması dözülməzdir və buna son verilməlidir. Son verilməsə, artıq alternativlər işə keçəcək. Rusiyanın bu xəbərdarlıqdan nəticə çıxarmasa, silahı erməni birləşmələri çıxarılmasa, Azərbaycan hərəkətə keçəcək. Silahı erməni birləşmələrinin qalması, Azərbaycanin təhlükəsizliyini və suverenliyini təhdid edir. Azərbaycan və Türkiyə bu məsələdə yekdil qərarlıdır və Moskva burada Bakının tək hərəkət etməyəcəyini yaxşı bilir. Bundan əlavə, Rusiya "Moskva" Bəyannaməsinə uyğun olaraq Qarabağda separatçılari ləğv etməli idi".

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tiflisdə ilk dəfə ikitərəfli görüşüb:

"Artıq xarici işlər nazirləri vasitəçisiz bir araya gəlirlər. Bu görüşdə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və silahli erməni birləşmələrinin çıxarılması müzakirə edilib".

Xəbər 1140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +