İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.07.2022  15:45 

İcra Hakimiyyətinin şöbə müdiri qız qaçırıb? - Açıqlama





A+  A-

Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə məlumat yayılıb.

XəzərNews.az-ın “Qafqazinfo”-ya istinadən xəbərinə görə, iddia edilib ki, rayon sakini Ü.R. ailəsindən imtina edərək onunla qaçıb. Belə ki, xanımın boşanma ərəfəsində olduğu əri tərəfindən döyüldüyü üçün bu addımı atdığı bildirilib.

Ş.Qəmbərli barəsindəki iddialarla bağlı “Qafqazinfo”ya müraciət edib. O, məlumatın həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib:

“Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənə böhtan atanlar məhkəmə qaydasında cəzalandırılana qədər bu işin arxasınca gedəcəyəm”.

Şöbə müdirinin sözlərinə görə, Ü.R. ilə kontaktı iş üçün İcra Hakimiyyətinə müraciət etməsi ilə bağlı olub: “O xanım bizə müraciət edərək Xarici Dillər Universitetini bitirdiyini dedi. DOST MMC-də çalışırdı və öz təhsilinə uyğun iş istəyirdi. Biz də digər vətəndaşlar kimi eyni qaydada onun müraciətinə baxmışıq. Başqa heç bir şəkildə mənim o xanımla ünsiyyətim olmayıb. Bildiyim qədərilə xanım boşanma ərəfəsindədir və həyat yoldaşı narkotik aludəçisidir. Görünən odur ki, ortada hansısa maraqlar var ki, əri də haqqımdakı şayiələrin yayılmasında ortaq olub. Ortada heç bir fakt olmaya-olmaya nəyə görə mənim şərəf və ləyaqətimlə oynamalıdırlar?”

Məsələ ilə bağlı Ü.R. ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir: “Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam. Mənim şərəf və ləyaqətimə ləkə gətirən informasiyalar paylaşan şəxslərin qanuna müvafiq qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyəm”.

Xəbər 1069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +