İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.06.2022  10:20 

“Allahı söyənlərə cəza!” - Vərəqlər yayan HƏBS olundu





A+  A-

Müsəlman Birliyi Hərəkatının üzvü, Cəlilabad rayon sakini Rəşad Əliyev həbs olunub. Onun haqqında Cəlilabad Rayon Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, inanclı fəala 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddəsilə ittiham olunub.

XəzərNews.az xəbər verir ki, Rəşad Əliyevin yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, onu iyunun 22-də axşam saatlarında iş yerinin qarşısından aparıblar. Onun hara aparılması, səbəbi haqda yaxınlarına məlumat verilməyib:

“İyunun 22-də evə polislər gəlmişdi, onu axtarırdılar. Evdə yox idi. Danışanda onu axtardıqlarını bildi. Dedi ki, işdən sonra polis şöbəsinə gedəcək. İmkan verməyiblər ki, özü gəlsin, iş yerinin qarşısından götürüb aparıblar”.

Ailə üzvləri deyir ki, Rəşad Əliyevin yerini, niyə saxlandığını iki gün öyrənə bilməyiblər. O, saxlandıqdan bir müddət sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, onun haqqında məlumat almaq istəyiblər:

“Bizə dedilər ki, araşdırıb məlumat verəcəklər. Lakin heç bir məlumat verilmədi…”.

Yaxınları vurğulayıb ki, Rəşad Əliyevə qarşı irəli sürülmüş polisə müqavimət ittihamı əsassızdır. Hesab edilər ki, o, Cəlilabadın mərkəzində üstündə “Allahı söyənlərə cəza!” yazılmış vərəqlər yapışdırdığına görə cəzalandırılıb.

Rəşad Əliyev Cəlilabadda divarlara, dirəklərə yapışdırılan vərəqlərin şəkillərini çəkib, bunu “Facebook” hesabında da paylaşıb.

Müsəlman Birliyi Hərəkatının 5 üzvü mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hərəkatın başqa bir fəalı Razi Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu gün məhkəmənin qarşısında saxlanılıb. Onlardan üçünə polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib, digər iki nəfər isə həmin gün gecə saatlarında buraxılıb. Onlar gün ərzində işgəncələrə məruz qaldıqlarını, şalvarlarının çıxarılaraq, zorlanmaqla hədələndiklərini bildiriblər. Həmçinin işgəncə verənlərin prosesin gedişində Allahı da təhqir etdiyini deyiblər.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə iyunun 3-dən Qobustan həbsxanasında aclıq aksiyasına başladığını açıqlayıb. O bildirib ki, inanclı şəxslərin polis idarələrində işgəncəyə məruz qalması və bu zaman Allahın da təhqir olunmasına etiraz olaraq aclığa başlayır və tələbi bu hərəkətlərə yol verən şəxslərin cəzalandırılmasıdır. İlahiyyatçı iyunun 24-də aclığı dayandırıb.

Daxili İşlər Nazirliyi isə Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncə və təhqirlərə məruz qalması haqda şikayətlərin əsassız olduğunu bəyan edib.

Bugünlərdə Müsəlman Birliyi Hərəkatının Sumqayıtda divara “Allahı söyənlər cəzalandırılsın!” yazan üç üzvünün hər birinə də 10 sutka inzibati həbs cəzası verilib. Onlar küçədə ünvansız söyüş söyməkdə, polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilib.

Xəbər 2011 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +