İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.06.2022  15:37 

Vəkil polis bölməsində zorakılığa məruz qalıb





A+  A-

Bakıda vəkil polis bölməsində zorakılığa məruz qaldığını iddia edib.

XəzərNews.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev feysbuk hesabındakı paylaşımında bildirib ki, hadisə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində baş verib:

"Müvəkkilimlə polisin çağırışı üzrə getmişdim. Bölmə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub bölmədən çıxartılar. Aidiyyatı qurumlara şifahi şikayətlərimi etmişəm, yazılı şikayətləri də hazırlayıram".


Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumun şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya bildirdi ki, iddia araşdırılır: "Məsələdən məlumatlıyıq, araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək".

Vəkillər Kollegiyasından bildirilib ki, Bəxtiyar Hacıyev tərəfinfən Kollegiyaya hələ ki, şikayət daxil olmayıb.

Xəbər 1293 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +