İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.01.2022  11:29 

Bağçalardan oğurluq edənlər saxlanıldı





A+  A-

Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxslər bağçaya ümümilikdə 5 min manata yaxın maddi ziyan vurublar.

XəzərNews.az xəbər verir ki, bağçanın müdriyyəti tərəfindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət ediləndən sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt şəhər sakini Vaqif Səfərov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov cəzaçəkmə müəssisəsində tanış olublar. Onlar hadisə günü qeyd edilən bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1000 manat nağd pul,1 ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları əşyaları Vaqif Səfərovun Sumqayıt şəhərində yerləşən mənzilinə aparıblar. Oğurlanan əşyaların bir qismi həmin mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb
Qeyd edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.

Elturan Vəlibəyov və Vaqif Səfərov 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +