İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.01.2022  11:17 

“Bərbad siyasət hər gün artan qiymətlər fonunda daha da eybəcər xarakter alır” - Elxan Şükürlü





A+  A-

“Qazaxıstanda - Putinin “Yeni SSRİ”ni qurmaq istədiyi əsas ölkələrdən birində qiymət artımına etirazla başlayan və getdikcə genişlənən kütləvi aksiyalardan Azərbaycan hakimiyyəti də çox ciddi nəticə çıxarmalı, həmişəki arxayınlığını, nəhayət, bir kənara tullamalıdır”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Elxan Şükürlü çıxış edib.

E.Şükürlü bildirib ki, bizim hakimiyyət nə qədər cəmiyyətin müqavimət potensialının aşağı həddinə və Qarabağdakı qalibiyyətlə ictimai reytinqini yüksəltdiyinə arxayın olsa da, ölkədə yürüdülən bərbad sosial-iqtisadi siyasət hər gün artan qiymətlər fonunda daha eybəcər xarakter alır və bu durum istənilən xarici qüvvənin ölkəni içdən rahatca qarışdırmaq imkanlarını artırır!

“Sosiologiya elmi çoxdan sübut edib ki, bizim kimi mütəhərrik və kənar təsirlərə açıq cəmiyyətlərdə siyasi proseslərin latent inkişafı müayinəyə getməyən kasıb insanın orqanizmindəki xərçəng xəstəliyinə çox bənzəyir - bir də gözünü açırsan ki, hər şey gecikib, heç bir addımın faydası yoxdur!

Odur ki, hakimiyyət arxayınlığını bir kənara atıb, gecikmədən “cərrahi müdaxilə”yə - sürətli iqtisadi-siyasi islahatlara əl atmalı, ölkənin xaricindəki düşmən niyyətli güclərlə daxilindəki sabotajçıların əlbir hərəkətinə - sosial zəmində narazı kəsimdən istifadəsinə imkan yaratmamalı, xalqla real yaxınlaşma kursu seçməlidir!”, - deyə siyasi şərhçi əlavə edib.

Onun sözlərinə görə, unudulmamalıdır ki, kiçik bir yanlışlıq və arxayınçılıq öyündüyümüz Qarabağ zəfərini də tamamilə əlimizdən ala, heçə-puça çevirə bilər!:

“Zamanında özün gərəkli cəsarətli addımları atmalısan ki, ya kütlə təhrikiylə geri çəkilmək, ya da kütləyə atəş açmaq məcburiyyətində qalmayasan!”

Xəbər 1063 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +