İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.11.2021  18:07 

Bu PULLAR tenderlər vasitəsilə mənimsənilir





A+  A-

Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 000 manat ayrılıb. Bu barədə dövlət başçısı İlham Əliyev noyabrın 17-də sərəncam imzalayıb.

Sərəncamda ayrılan vəsaitin paytaxtın mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsinə yönəldiləcəyi qeyd olunub.

XəzərNews.az xəbər verir ki, Prezidentin sərəncamını Meydan TV-yə şərh edən iqtisadçı Nazim Bəydəmirli hesab edir ki, vəsaitin az və ya çox ayrılmasından asılı olmayaraq idarəetmə zamanı həmin vəsaitlər “tenderlər” vasitəsilə mənimlənilir.
Onun sözlərinə görə, ayrılan vəsaitlərlə nəzərdə tutulan texnika alınsa da, baha qiymətə rəsmiləşdirilir:

“Bu vəziyyət Hacıbala Abutalıbovun icra başçısı olanda, indi də dəyişməz olaraq qalır. Ümumiyyətlə, mövcud idarəetmənin fəlsəfəsi ondan ibarətdir ki, istər dövlət büdcəsindən, istərsə də ehtiyat fondundan ayrılan vəsaitlər birmənalı olaraq mənimsənilir. Bu, problem də idarəetmədən qaynaqlanır. Ona görə idarəetmə fəlsəfəsi dəyişməlidir. Konkret olaraq, ictimai qurumlar məmurların gəlir deklarasiyasına nəzarət etməlidir. Əks təqdirdə, vəziyyət belə də davam edəcək”.



İqtisadçı deyir ki, Bakı şəhərində su-kanalizasiya sistemi daxil olmaqla ikili idarəçilik mövcuddur:

“”Azərsu” ASC cavabdeh olan yerlərdə də icra hakimiyyəti məşğul olur, yaxud bir-birini təkrarlayan qurumlar vasitəsilə vəsaitlər mənimsənilir. Nəticədə vətəndaşlar yolların bərbad olmasından şikayətlənir, şəhər də payızda yağış yağanda, qışın qarlı günlərdə iflic olur. Əslində, bütün bunların köklü səbəbi idarəetmədəki problemdir”.


Xəbər 2640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +