İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.10.2021  22:06 

Əli Kərim adına parkda özbaşınalıq - Video/Fotolar





A+  A-

Göyçayda Əli Kərim adına parkda özbaşına tikintilərlə bağlı sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, yenə də bu qanunsuzluqlar davam edir.

Bir neçə ay bundan öncə parkdakı ağacların quruması və qanunsuz tikili olan obyektlərlə bağlı aidiyyatı qurumlara müraciətlər edilib.



Müraciətlərə cavab olaraq parkdakı tikililərin qeyri-qanuni olduğu aşkara çıxıb və araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.



Buna baxmayaraq, yenidən tikintilərə icazə verilir və buna göz yumulur.

Əlbəttə, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin gözündən iraq bir daşı daş üstünə qoymaq olmaz. Deməli, icra başçısı özü parkda bu cür tikintilərə rəvac verir.



Tikintinin gedişatından görünür ki, burada Uşaq Əyləncə Mərkəzi nəzərdə tutulub. Amma parkın digər tərəfində arzuları nakam qalmış şəhidlərimiz uyuyur.



Sakinlər deyirlər ki, Vətən uğrunda canlarını qurban edən şəhidlərin ruhunu incidəcək əyləncə mərkəzi burada tikilməməlidir.



Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Araşdırma aparılıb və qazılmış quyuların bir hissəsi doldurulub, tikinti aparanlar cərimələnib.
Amma cərimənin kimə tətbiq olunduğu bilinmir və yenə özbaşınalıq davam edir./Reportyor.info/



Xəbər 1401 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +