İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.10.2021  20:00 

Öldükdən sonra ilk duracağımız məkan - Bərzəx





A+  A-

Quran və hədislərə əsasən insan öz əməllərinin nəticəsini Bərzəxdə görəcək. Başqa sözlə desək hər bir insanın dünyadakı əməlləri onun "bərzəxi"ni, yəni qəbirdən Qiyamətədək yolüstü müvəqqəti dayanacaqlarını yaradır.

Bərzəx dünya ilə Qiyamət arasındakı fasilədir. İnsan bu fasiləni qəbir evində yaşayır və burada dünyadan axirətə keçid üçün hazırlaşır.

Buna görədə dünyada yaxşı əməllər etməliyik ki, bərzəx aləmində xoşbəxt yaşaya bilək.

İnsan öldükdən və ruhu bədəndən ayrıldıqdan sonra Bərzəx aləmi başlayır. Bərzəxin ilk mərhələsi qəbirik ilk gecəsinin sorğu-sualıdır. Əlbəttə, bəzi alimlər ruhun qəbirin ilk gecəsində hansı bədən ilə olması barədə fərqli fikirədirlər. Bəziləri deyir ki, axirət aid olan "misali bədən" adlanan bir cismdə olacaq. Bəziləri də elə dünya bədəni ilə olacağını deyirlər.

İslam maarifinə əsasən Bərzəx aləmi həm kafirlər və həm də möminlər üçündür. Bu fərqlə ki, bərzəx möminlərə cənnət, kafirlərə isə cəhənnəm olacaqdır.

Bərzəx aləmində ixtiyarlı şəkildə təkamül və ya tənəzzül olmayacaq. İnsanın Bərzəx aləmində təkamül və tənəzzülü dünyada qoyub gəldiyi əməllər əsasında baş verəcək.
Əlbəttə uşaqlar bu qaydadan istisnadır.

İnsan vəfat etdikdən və qəbirin birinci gecəsininin sorğularından keçdikdən sonra Bərzəx aləmində Qiyamətdək onun nəzərdə tutulmuş yerdə yaşayacaq.

Necə ki, Allah-Taala Qurani-Kərimin "Möminun" surəsinin 99 və 100-cü ayəsində buna işarə etmişdir:

حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ - لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ

"(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: "Ey Rəbbim, məni (dünyaya) qaytar.

Bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır".

Bərzəxin digər xüsusiyyəti budur ki, bərzəxdə insanların əqidə və əməllərinin haqq və ya batil olduğu üzə çıxacaq, dünyada etdikləri ilə burada rastlaşacaq. Qəbirin birinci gecəsi sual-cavab ediləcək. Günahı çox olanları qəbir sıxaraq əzab verəcək. Bərzəx əhli bir-birini tanıya biləcəklər və həmçinin onların dünya əhli ilə əlaqələri mümkün olacaq.

Bərzəx aləmi insan övladı üçün müvəqqəti dayanacaqdır və Qiyamət üçün hazırlıq mərhələsi və əməl kitabının tamamlanması üçündür.

Bərzəxin Cənnət və Cəhənnəmi də müvəqqətidir və səfərdə olan yolçuların dayanacaqları rolunu ifadə edir...

XezerNews.az

Xəbər 2581 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +