İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.10.2021  19:20 

Polis polkovniki dələduzluqda suçlanır





A+  A-

Şamaxı rayon Polis Şöbəsinin rəis müavini olmuş Hüseyn Muradxanov dələduzluqda suçlanaraq həbs edilib. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan polis polkovnikinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradxanov evli olduğu halda, özünü subay kimi təqdim edib. Onun rəsmi nikahı ola-ola şəxsiyyət vəsiqəsində subay göstərilib.

Boşanandan sonra...


Qaydaya görə, şəxs rəsmi nikahdadırsa, daşınmaz əmlakı satanda onun həyat yoldaşının da razılığı tələb olunur. Yaxud da həmin əmlakın rəsmi nikahdan öncə əldə olunduğunu, bağışlandığını təsdiqləyən sübutlar olmalıdır.

Muradxanov qeyri-yaşayış sahəsini Dürdanə Vəkilovaya satıb. Alqı-satqı zamanı onun həyat yoldaşının razılıq ərizəsi olmayıb. Şəxsiyyətini təsdiq edən sənəddə də subay göstərildiyinə görə alqı-satqını təsdiqləyən notariat kontoru onun evli olub-olmadığını araşdırmayıb.

2016-cı ildə polis polkovniki ilə həyat yoldaşı Məlakə Muradxanova boşanıb. Rəsmi boşanmadan sonra keçmiş xanımı iddia edib ki, əmlakın satışından onun xəbəri olmayıb. O bu əsasla alqı-satqının etibarsız hesab olunması haqda məhkəmədə iddia qaldırıb. Keçmiş əri ilə yanaşı, obyekti almış Dürdanə Vəkilovanı da cavabdeh qismində qoyub. Onun iddiası əsasında alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

180 min manatı ələ keçirmək ittihamı

Bundan sonra Vəkilova polis polkovnikindən şikayətçi olub. Bu şikayətdən sonra Muradxanov haqqında cinayət işi başlanıb. O, saxtakarlıqla Vəkilovanın 180 min manatını ələ keçirməkdə suçlanaraq həbs edilib.

Sabiq rəis müavini deyir ki, özünü bilərəkdən subay təqdim etməyib, sadəcə, şəxsiyyət vəsiqəsi tərtib olunanda texniki səhvə yol verilib. Sonradan özü də səhlənkarlıq edib, şəxsiyyət vəsiqəsini dəyişmək üçün lazımi addım atmayıb.

Sözügedən qeyri-yaşayış sahəsinin ona atasından qaldığını deyən Muradxanovun sözlərinə görə, bu əmlakın keçmiş həyat yoldaşına aidiyyəti olmayıb. O vurğulayıb ki, alqı-satqı zamanı həyat yoldaşının razılığı məsələsinə diqqət yetirməyib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Muradxanovun ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. /AzadlıqRadiosu/

Xəbər 2112 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +