İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.10.2021  12:05 

İnternet niyə kəndlərə tam verilmir?





A+  A-

Sabirabad rayonu Əsgərbəyli kəndinin sakinləri kəndə internet çəkilməsi ilə bağlı dövlət orqanlarına müraciət etdikdən sonra bununla bağlı işlərə başlanıb. Amma indi də sakinlər internetin bütün Əsgərbəyli ərazisinə deyil, yalnız kəndin bir hissəsinə çəkildiyindən şikayətçidirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya kənd sakini İlham Əmiraslanlı məlumat verib. Şikayətçi qeyd edib ki, kəndin bir hissəsinə 10 gündən çoxdur ki, internət çəkilib: “İşin icraçıları bildirdilər ki, layihə bura qədər nəzərdə tutulub. Biz də məsələyə etiraz etdik. Çünki aidiyyəti üzrə dövlət orqanlarına müraciətlər etmişdik. Ona görə də kəndə uzun zamandır ki, internetin veriləcəyi günü gözləyirik”.

İ. Əmiraslanlı, həmçinin müraciətində kənddə tibb məntəqəsi olduğu halda onun fəaliyyət göstərmədiyini, sakinlərin tibbi xidmət almaq üçün rayon mərkəzinə getməli olduğunu da diqqətə çatdırıb: “Bir müddət peyvənd vurulan zaman məntəqəni açdılar, daha sonra bağlandı. Bizə deyirlər ki, işçilərin gəlməsi üçün ştat açılmalıdır”.

“Qafqazinfo” vətəndaşın hər iki müraciəti ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Kənddə internet layihəsini icra edən “Azeronline” şirkətinin müştərilərlə əlaqələr bölümündən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə hazırda hazırlıq işləri gedir: "Belə ki, ərazidə metal konstruksiyalı rabitə dirəkləri montaj olunur. Layihə tamamlandıqdan və tərəfimizdən yoxlanılıb təhvil götürüldükdən sonra internet xidməti bütün kəndə təqdim olunacaq. Kəndə, “AzerOnline” şirkəti tərəfindən hələ ki, internet xidməti təqdim olunmayıb".

Tibb məntəqəsinin fəaliyyət göstərməməsi ilə bağlı sorğumuza isə TƏBİB-dən bildirilib ki, kənddə məntəqə fəaliyyət göstərir və onun işçiləri də var.

Xəbər 1531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +