İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.10.2021  10:27 

“Sandra ilə bitdi, Yelizaveta ilə başladı“ - Saakaşvili sevgisindən yazdı





A+  A-

Ukraynada islahatlar İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın keçmiş prezidenti (2004-2013 illərdə), hazırda öz ölkəsində həbsxanasında olan Mixail Saakaşvili şəxsi həyatı ilə bağlı baş verənlərə nöqtə qoyub.

XəzərNews Lent.az-a istinadla xəbər verir ki, o, bununla bağlı özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, keçmiş həyat yoldaşı Sandra Rulofsla münasibətləri birdəfəlik dayandırıb.

“Şəxsi həyatım ilə maraqlananlar üçün yazıram. İndi şəxsi həyatımdan daha böyük mübarizə aparıram. Bununla belə, bu barədə suallar səsləndiyindən bildirmək istəyirəm ki, mənim bütün əvvəlki münasibətlərim başa çatıb. Və bir neçə ay əvvəl mən və Liza Yasko taleyimizi birləşdirmişik.

Biz uzun müddət bir ailə, tamhüquqlu tərəfdaş kimi birlikdə yaşayırıq. Bu, böyük sevgi hekayəsidir və mən özümü xoşbəxt hiss edirəm.

Mən insanların bizim şəxsi həyatımıza hörmət etməsini istəyirəm, həm də birlikdə inanılmaz bir həyat yaşadığımız üçün Sandraya dərin sevgimi, hörmətimi və minnətdarlığımı bildirirəm”, - Saakaşvili yazıb.

Siyasətçi əlavə edib ki, hazırda Gürcüstan təcridxanasında aclığı davam etdirmək və sonadək mübarizə aparmaq niyyətindədir.

Öz növbəsində Ukraynanın xalq deputatı Yelizaveta Yasko “Facebook “da yazıb: "Sizdən şəxsi həyatımıza hörmət etməyinizi xahiş edirəm. İndi əsas mübarizə Mixail Saakaşvilinin azad edilməsidir”.

Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstana qayıdandan sonra həbs olunub və Yasko ilə birlikdə bir-birinə sevgilərini elan ediblər.

Sandra Rulofs da ərinin Yasko ilə ona xəyanət etdiyini açıqlayıb. Buna baxmayaraq, Saakaşvilini dəstələyəcəyini də bəyan edib.

Xəbər 1483 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +