İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.09.2021  09:17 

Üç ölkə Çinə qarşı birləşdi





A+  A-

İngiltərə, ABŞ və Avstraliya Çinə qarşı mübarizə aparmaq üçün birləşiblər.
XəzərNews.az “BBC”yə istinadən xəbər verir ki, 3 ölkə qabaqcıl müdafiə texnologiyalarını paylaşmaq üçün xüsusi təhlükəsizlik sazişi bağlayıblar.

“Aukus” olaraq adlandırılan saziş süni intellekt, kiber və kvant texnologiyalarını əhatə edəcək.

Sözügedən bu üç ölkə son bir neçə ildir ki, Çinin Hind-Sakit okeanında gücünün artması və hərbi varlığından narahatdırlar.

Çərşənbə günü ABŞ Prezidenti Co Bayden, İngiltərənin Baş naziri Boris Conson və avstraliyalı həmkarı Skot Morrison “Aukus” adlı yeni təhlükəsizlik ortaqlığının işə salınması ilə əlaqədar ortaq bir bəyanat yayıblar. Bəyanatda deyilir ki, yeni əməkdaşlıq regionda təhlükəsizliyin və çiçəklənmənin təmin olunması məqsədi daşıyır.

Bu əməkdaşlıq Avstraliyaya ilk dəfə nüvə enerjisi ilə işləyən sualtı qayıqlar qurmağa imkan verəcək. Bu səbəbdən Avstraliya Fransa dizaynlı sualtı qayıqların inşasına dair razılaşmanı da ləğv edib.

Qeyd edək ki, Fransa 2016-cı ildə Avstraliya Hərbi Dəniz Qüvvələri üçün 12 sualtı gəmi inşa etməsi ilə bağlı müqavilə bağlamışdı. Sazişin dəyəri 50 milyard dollar təşkil edirdi. Sözügedən anlaşma Avstraliyanın ən böyük müdafiə müqaviləsi hesab edilirdi.



Xəbər 1396 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +