İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.07.2021  17:19 

“Taliban”ın bir neçə komandiri həbs edildi





A+  A-

Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri “Taliban” radikal hərəkatının bir neçə komandirini həbs edib.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumat ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.

Məlumata əsasən, “Taliban” nümayəndələrini həyata keçirilən bir sıra antiterror əməliyyatı sayəsində həbs etmək mümkün olub. Əməliyyatlar Kabul və Qor əyalətlərini birləşdirən şossedə həyata keçirilib.

Bildirilir ki, həbs olunan komandirlər arasında Məhəmməd Can adlı “Taliban” nümayəndəsi də var. O, sözügedən yola nəzarət və yola hücumla bağlı məsələlərə cavabdeh şəxs olub.

Təhlükəsizlik qüvvələri əməliyyat zamanı bir neçə “Taliban” hərəkatı üzvünü də zərərsizləşdirə bilib.

Bununla yanaşı, hökumət qüvvələri Qor-Kabul yolu boyu yerləşən bir neçə kəndi “Taliban”dan azad edə bilib.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.

Xəbər 1394 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +