İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.07.2021  18:49 

Lənkəranda meşədə ağacları kəsən “Beta” cəzalandırılacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Lənkəranın Haftoni kəndində “Beta” şirkətinin meşələrə zərər vurması barədə danışıb.
XəzərNews.az xəbər verir ki, o, bu gün ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda şirkətin cəzalanacağını deyib:

“Bu işlə bağlı araşdırmalar davam edir. Şirkətin müqavilədə nəzərdə tutulan ərazidən kənara çıxdığı bəllidir.

Şirkətlə müqaviləyə xitam vermək barədə işlərə start vermişik, iyulun 22-də işə baxılacaq”.

***

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda çıxış edib. O, meşələrin mühafizəsi mövzusunda çatışmazlıqlar olduğunu bildirib: “Meşələrin mühafizə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir nömrəli məsələsidir. Müəyyən çatışmazlıqlar, problemlər var. Lakin mühafizə sahəsində problemlər azalan istiqamətdədir”.

Vüqar Kərimov Haftonidə ağacların kəsilməsinə də münasibət bildirib: “Biz günahkarları bilirik. Bu bizim üçün üz qarasıdır. Bunun qarşısını tez almalı idik. Heç bir obyektiv səbəb yoxdur. Cəzalar mütləq olacaq. Araşdırma aparılır. Məsuliyyəti olan şəxslər barəsində ən ağır cəza tədbirləri görüləcək Lənkəran rayonunun Haftoni meşəsində ağac kəsintisi ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq ETSN-in bu işə məsul olan şəxsləri barəsində işdən azad olunmayadək ən ağır cəza tədbirləri görüləcək. Sözügedən ərazidəki ağacların kəsilməsi faktlarının araşdırılması, mübahisəli məqamların aydınlaşdırılması və bu məsələdə günahkar şəxslərin məsuliyyətinin müəyyən olunması məqsədilə aparılan yoxlamalar başa çatmaq üzrədir”.

***

Ekoloji İctimai Şuranın sədri Mələk Şükürova bildirib ki, ETSN, Ümumdünya Resurs İnstitutu və BMT-nin dəstəyi ilə Meşələrin Elektron Atlası yaradılacaq.

Xəbər 1842 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +