İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.07.2021  09:45 

Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğu gündən 1 il ötdü





A+  A-

İyulun 14-ü general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olduğu gündür.
XəzərNews.az xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub.

P. Həşimovun iyul ayında şəhid olması sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olublar.

General iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Polad Həşimova və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib.

Xəbər 1456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +