İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.07.2021  12:29 

Ermənistan XİN-ə başçı tapılmır





A+  A-

Ermənistanda xarici işlər naziri vəzifəsinə namizədlərin axtarışı hələ də davam edir.
XəzərNews.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hazırda çıxılmaz vəziyyətdə qalıb. O, bu vəzifəni icra etmək istəyən heç bir namizəd tapa bilmir.

Ölkənin XİN başçısı vəzifəsini icra edə biləcək bir neçə şəxsin adı çəkilir. Bunlar arasında, hətta ölkənin keçmiş müdafiə naziri David Tonoyan da var.

Qəzet yazır ki, Tonoyanın bu vəzifəyə gəlməsi Rusiya və ABŞ tərəfindən yaxşı qarşılanacaq.

“Lakin ölkənin müharibədə məğlub olmasında təqsirli bilinən bir şəxsin XİN-ə gətirilməsi erməni ictimaiyyətində daxili siyasətdə baş verə biləcək uğursuzluqların carçısı kimi qəbul ediləcək”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Ara Ayvazyan mayın 27-də istefa verib.

Xəbər 1535 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +