İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.06.2021  12:39 

Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək





A+  A-

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan Dövlət Sərhəd Xidməti hərbçilərinə şəhid statusu veriləcək.
DSX-nin Mətbuat Mərkəzindən XəzərNews.az-a bildirilib ki, bu məsələdə qanuna uyğun olaraq addım atılacaq: “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”.

Xatırladaq ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.

Xəbər 1793 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +