İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.06.2021  11:43 

Paşinyan: “Sərhədlərin demarkasiyası qaçılmazdır”





A+  A-

İyunun 9-da Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan seçki kampaniyasının çərçivəsində bölgələrdə səfərdə olub.
XəzərNews.az xəbər verir ki, Şirak vilayətində seçicilər qarşısındakı çıxışı zamanı Paşinyan bir daha oğlunu Azərbaycandakı erməni diversantlara dəyişmək təklifini təsdiqləyib və deyib ki, bu barədə rəsmən Bakıya məktub təqdim edəcəklər:

“Mən əlaqədar orqanlara göstəriş vermişəm ki, Azərbaycan tərəfinə təklifimizi çatdırsınlar. Mənim oğlum girov qismində Bakıya getməyə hazırdır, bir şərtlə ki, bizim bütün əsirləri qaytarsınlar”.

Paşinyan səfəri zamanı sərhəddəki vəziyyətə də toxunub və qeyd edib ki, demarkasiya istənilən dövlət üçün qaçılmaz məsələdir:

“Biz istənilən an tərəfimizdən edilmiş təklifin reallaşdırılmasına hazırıq. Əslində bu təklif ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də qəbul olunub”.

Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Xəbər 1297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +