İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.03.2021  14:54 

Dünyadakı milyarderlərin sayı açıqlandı





A+  A-

Dünya miqyasında milyarderlərin sayı 3228-ə çatıb, bu isə yeni rekorddur.
XəzərNews.az xəbər verir ki, bu barədə Hurun Araşdırmalar İnstitutunun son hesabatında məlumat verilib.

Dünyanın ən varlı adamlarının ümumi sərvəti 15 yanvar tarixinə olan məlumata görə, 14,7 trilyon dollara yüksəlib. Dünyanın ən varlı adamı 197 milyard dollarlıq sərvəti ilə “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask olub. “Amazon” qurucusu Ceff Bezos 189 milyard dollar sərvəti ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə “Louis Vuitton Moët Hennessy” prezidenti Bernar Arno (114 milyard dollar) qərarlaşıb.

Çin milyarderlərin sayına görə lider olaraq qalmaqdadır. ABŞ-da 696 milyarderin olduğu halda, Çində bu rəqəm 1058-ə çatıb. Çin və ABŞ birlikdə dünyadakı bütün milyarderlərin yarısından çoxuna sahibdir.

Hindistan isə 177 milyarderlə üçüncü yerdədir.

Dünya üzrə qadın milyarderlərin sayının isə 231-ə yüksəldiyi bildirilib.

Xəbər 1975 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +