İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.02.2021  12:10 

Bayden Trampın Putinlə gizli danışıqlarına giriş əldə edib





A+  A-

ABŞ-ın yeni Prezidenti Cozef Bayden sabiq dövlət başçısı Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə gizli saxladığı telefon danışıqlarına giriş əldə edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Politico” nəşri eks-Prezidentin ofisindəki mənbələrə istinadən məlumat verib.

“Onlar bu materialları görmək üçün bizdən icazə almalı deyillər”,- deyə keçmiş Ağ Ev rəsmilərindən biri Baydenin milli təhlükəsizlik komandasını işarə edərək qeyd edib.

“Bayden bütün zəng materiallarına sahibdir”,- deyə mənbə əlavə edib.

Baydenə yaxın olan keçmiş milli təhlükəsizlik rəsmisinin sözlərinə görə isə, Trampın rəhbərlik etdiyi dörd il ərzində Putinlə nə danışdığını öyrənmək milli təhlükəsizlik prioritetidir.

“Heç bir amerikalı tərcüməçi və qeyd alanın iştirak etmədiyi bəzi üz-üzə görüşlərdə baş verənlər tam öyrənilməyə bilər. Ancaq yeni milli təhlükəsizlik komandası bu materiallara giriş əldə etməyə çalışmasaydı, çox təəccüblənərdim”,- deyə o qeyd edib.

Xəbər 4135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +