İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.02.2021  15:22 

Türkiyə ordusu son bir ayda 112 terrorçunu zərərsizləşdirib





A+  A-

2021-ci il yanvarın 1-dən 31-dək Türkiyədə və xaricdə aparılan antiterror əməliyyatları zamanı terror təşkilatı PKK və onun Suriyadakı qanadı YPG-nin 112 silahlısı zərərsizləşdirilib.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri həm ölkə daxilində, həm də xaricdə terrorçuların məhv edilməsi istiqamətində əməliyyatları davam etdirir.

Əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin bölmələri, jandarma, təhlükəsizlik və kəşfiyyat şöbələri iştirak edir.

Yanvar ayında aparılan antiterror əməliyyatları zamanı təhlükəsizlik qüvvələrinin 2 üzvü şəhid olub və 2 əsgər yaralanıb.

Son bir ayda Türkiyədə terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılan 106 nəfərdən 70-i məhkəmə qərarı ilə həbs olunub.

24 yanvar 2021 tarixindən etibarən bu ilin əvvəlindən bəri könüllü olaraq silahlarını yerə qoyan və Türk təhlükəsizlik qüvvələrinə təslim olan PKK terrorçularının sayı isə 14-ə çatıb.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Xəbər 1579 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +