İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.01.2021  17:19 

“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib





A+  A-

“Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib. Yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.
Bu paket çərçivəsində abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim olunur. Qeyd edək ki, “TƏHSİL+” internet paketinin üstünlüklərindən biri də “hotspot” funksiyası vasitəsilə internetin paylaşıla bilən olmasıdır. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya “777” nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər.

“Nar” uzunmüddətli KSM strategiyası çərçivəsində ölkədə təhsilin inkişafını dəstəkləyən bir çox sosial layihələr həyata keçirir. Təqdim olunan yeni internet paketi də ictimai izolyasiya dövründə təhsil prosesində iştirak edən şagird və tələbələrə, eləcə də müəllimlərə dəstək məqsədilə yaradılıb. “TƏHSİL+” internet paketi haqqında daha ətraflı məlumat üçün buradan ala bilərsiniz.

Xəbər 1571 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +